Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib - Müdafiə Nazirliyi açıqladı

img

18-11-2018 [17:05]


Türkiyə Hərbi Qüvvələri həftə ərzində 68 terrorçunu zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həlak olub, daha 3 hərbçi yaralanıb.

Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların 31 atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR