"II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olacaqlar" - Deputat

img

17-11-2018 [13:18]


 "Son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayı xeyli çoxalıb".

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın rəsmi səhifəsinə verdiyi müsahibədə bildirib.

O bildirib ki, pensiyaçıların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər Milli Məclisi və komitəni daim düşündürür:

 "Əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına 5%-dən çox azalıb. 

Bütün bunlara baxmayaraq, gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların 30%-nə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. 

Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. 

Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR