Rəsmi Parisdən Bakının etirazına CAVAB

img

17-11-2018 [10:26]


"Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır".

Mia.az xəbər verir ki, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə Azərbaycan tərəfinin etirazı ilə bağlı sualına cavab verərkən deyib:

"Fransa qondarma Dağlıq Qarabağ respublikasını tanımır və özünü onun başçısı hesab edənlərlə heç bir əlaqə saxlamır. Fransa Minsk qrupunun həmsədri kimi dinc və stabil həll yolu tapmaq üzərində işləyir və öz vasitəçi missiyasını ədalətlə yerinə yetirir".

Xatırladaq ki, rəsmi Bakı Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə sərt reaksiya verib. Hətta XİN "Bu yanaşma Fransa ilə münasibətlərə yenidən baxılmasına vadar edir" deyə xəbərdarlıq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR