ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Üzüyalın işıq nəzarətçisi, siqaret çəkən təhqiqtaçı və... - mia.az
Şriftin ölçüsü / 455 dəfə oxunub

Üzüyalın işıq nəzarətçisi, siqaret çəkən təhqiqtaçı və...

14 Noyabr 2018 [13:57]
Səxavət TAĞLAR, 

Yazıçı, Əməkdar müəllim

***

Bir payız günüydü. Narın yağan  yağış məni yaman islatmışdı. Araz çayı boyunca əsən soyuq külək elə bil içimdən keçirdi. Çöl-bayırın bu narahatçılığından, eyni zamanda da, nahar üçün evə qalxdım.Yenicə qurulanıb, canımda istilik hiss edirdim ki, məhlədəki səs-küyə həyətə düşdüm. 

Mübahisədə qonşum Samiri görəndə ixtiyari olaraq düşündüm: Görən işə niyə getməyib?! (O, bazarda yer pulu yığır). 

 Məni görən kimi: 

- Müəllim desin, ay əclaf... 

Onu sakitləşdirmək istədim:

- Samir, sakit ol! Qışqıra-qışqıra danışma. Ayıb deyilmi?!

O ağzının köpüyünü sildi. Və üzrxahlıqla: 

- Ay müəllim, bağışla, sən Allah! Bu kopoyoğlu məni lap cin atina mindirdi...

Digər mübahisə edən şəxsi qonşular bir qədər aralı aparmışdılar. Ona görə də Samirdən mübahisənin təfərrüatlarını öyrənmək istədim.

-Nə deyir?

- İşıqpulu qəbzi gətirib. Fikirlərimiz haçalandı, mübahisə halına gəldi... Fikrimə aydınlıq gətirmək istəyimə qulaq asmır. Əvəzində mənə  "Günahın yoxdur, bazar uşağısan...”- deyir. Vicdansız, əclaf... 

... İşıq nəzarətçisi də bizə yaxınlaşdı. Cımcılıq su içində idi. islanmış paltarından tüstü çıxırdı. Tüstü demişkən siqaretin tüstüsü də bədəninin tüstüsünə qarışmışdı. Bizə yaxınlaşdı, salamsız-kəlamsız:

- Əmi, bu bazar uşağını... Demişdi ki, Samir əlindəki payanı onun başına endirdi. Və: 

-Kopoyoğlu, heç bir əməlli-başlı işıq nəzarətçisi görmədim. İki ay bundan əvvəl birini gözümün qabağında "palaz kimi” açdılar.

Nəzarətçi yerə sərilmişdi. Polis maşını hadisə yerinə gəldi. Hər ikisini və bir neçə hadisə şahidini maşına mindirib apardılar.

... Bir gün keçmişdi. Telefonuma zəng gəldi. Açdım.

- Salam, Səxavət müəllimdi? 

-Bəli.

- Polis Şöbəsindəndir. Təhqiqatçı İsmayılovdur.

- Eşidirəm.

-Qonşunuz Samirin hadisəsi ilə bağlı sizi narahat edirəm. İfadə verməlisiniz.

Açığı, Samirin valideynləri və həyat yoldaşı da mənə deyirdilər ki, bəlkə bir köməkliyin ola.

Polis Şöbəsinə getdim. Növbətçi nə üçün gəldiyimi soruşdu və zəng elədi.

- Kapitan İsmayılov, Səxavət Tağları çağırmısınız? 

- Bəli. İcazə verin gəlsin.

Təhqiqat otağına qalxdım. Təhqiqatçı İsmayılov otağın qapısı ağızında siqaret çəkirdi. Qeyri-etik hərəkətindən üzüldüm. Ancaq heç nə büruzə vermədim. 

Bu vaxt rəisin əməliyyat üzrə müavini, polis polkovnik-leytenantı, yaxşı tanıdığım, peşəkar əməliyyat zabiti Vahabov məni gördü. Yaxınlaşıb hal-əhval tutdu.

- Xeyirdimi? – deyə, soruşdu.

-İzahat verəcəyəm – dedim.

Rəis müavini tədqiqatçıya tapşırdı:

- Müəllimi ləngitmə.

Tədqiqatçı "baş üstə” – deyib, tez işə keçdi:

- Yaz!

- Nə yazım?

- İzahat. Hadisə necə olub. Bir də yaz ki, yalan ifadə versəm, məsuliyyət daşıyıram
.
Münasibətdən bir az əziyyət çəksəm də, işə başladım. Mən izahat yazmaqda idim. Yerpulu yığan Samirsə işıq nəzarətçisi ilə (öyrəndim ki, adı Alimdir) tədqiqat otağında elə mehriban söhbət edirdilər ki, heç elə bil hadisə zad olmayıb. Sadəcə işıq nəzarətçisinin başı sarıqlı, gözlərinin altı qaralmış idi...

İzahatımı yazdım. Tədqiqatçı vaxtımı aldığı üçün üzr istəyib, məni yola saldı...

O gündən bəri beynimdə dolanan fikirlərin narahatlığı mənimlədi. 

Niyə insanlar belədir?! Peşənin nə günahı, hansı peşədə işləyirsən, nə fərqi?! 

Yadıma Regional İşıq İdarəsi rəisinin sözləri düşdü: "İşıq nəzarətçisi üzüyalın olmasa, işimiz getməz”. 

 Vay dədə ,vay. Bir vaxt eynilə bu sözləri bazarkom Əli də demişdi. İndi anladım ki, işıq və bazar nəzarətçiləri niyə tez-tez dəyişirmiş...

 Sən demə, üzüyalınlıq da nə vaxtsa kara gəlirmiş...
 
Mia.az



Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR