Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

img

13-11-2018 [17:24]


Noyabrın 13-də səhər Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib. 

FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN-nin məlumatına görə, ümumi sahəsi 3600 kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin 132, dəhlizin 168, dam örtüyünün isə 20 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb.

"Dövlətqaçqınkom”dan Mia.az-a bildirlib ki, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqlarla təchiz edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Dövlət Komitəsi tərəfindən siyahıya alınma aparılır, yanğın nəticəsində müvəqqəti yaşayış yerinidən məhrum olan 46 ailəni kirayə mənzillərdə yerləşdirmək qərara alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR