13-11-2018 [22:24]
"2019-cu ilin dövlət büdcəsində keçən ilə nisbətən artım var. Bu, təhsilə, səhiyyəyə və digər sahələrə ayrılmış vəsaitlərin miqdarında özünü göstərir. Müsbət haldır. Əminəm ki, ölkəmizin inkişafı imkan verəcək ki, əhəmiyyətli artım bütün sahələri əhatə etsin. Eyni zamanda onu da nəzərə alaq ki, büdcə layihəsinin özü də kifayət qədər təkmil hazırlanıb".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Deputat sdaha sonra seçildiyi Saatlı rayonu ilə bağlı problemi qabardıb: "Mənim qaldıracağım məsələ kifayət qədər ciddidir. Son zamanlar kənd təsəsrrüfatının inkişafı ilə bağlı ciddi işlər görülür. Deputat seçildiyim Saatlı rayonunda da bunun şahidi oluruq. Keçən il 17 min hektar sahədə yalnız pambıq əkilmişdi. Bu da minlərlə insanın iş yeri ilə təmin olunması və rifahının yaxşılaşması deməkdir. Çox təəssüf ki, əkilən sahələrin bir hissəsinin suvarılması mümkün olmadığından bu, məhsuldarlığa mənfi təsir göstərdi. Habelə bəzi yerlərdə payız əkininin belə suvarılması mümkün olmadı.
Araz çayının suvarma potensialı çox zəifdir. Seçicilərlə görüşərkən onlar dəfələrlə su problemini qaldırıblar. Hörmətli baş nazirimiz cənab Novruz Məmmədov buradadır. Onun da diqqətinə bu məsələni çatdırmaq istəyirəm. Əgər biz ümumən Muğan bölgəsində kənd təsərrüfanının inkişafını, yüksək məhsuldarlığı istəyiriksə, mütləq əraziyə Kür çayından su kanalı çəkməliyik. Mütəxəssislərin hesablamalarına görə, həmin kanalın uzunluğu 16-17 kilometr ola bilər. Məncə, bu işin başa gəlməsi elə də böyük vəsait tələb etməz. Ancaq bu kanalın sayəsində çox böyük ərazi kənd təsərrüfatı üçün münbit zonaya çevrilər".
Əflatun Amaşov daha sonra onlayn media ilə bağlı qaldırdığı məsələdən danışıb. O, eyni zamanda, çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisinin ləğvini təklif edib:
"Baxın, büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat.
Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur".
Deputat çıxşında təhsilə ayrılan vəsaitə toxunub: "İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir. Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.
Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"