Bolton ingilislərin ata sözündən misal gətirdi, İranı sərt hədələdi: "Ciyiltiləri çıxanadək sıxacağıq"

img

13-11-2018 [16:27]


"ABŞ İran neftinin ixracının qarşısını almaq üçün təzyiqlərini daha da artıracaq".

TASS xəbər verir ki, bunu Sinqapurda jurnalistlərlə görüşü zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

"Elə əvvəldə məqsədimiz İranın neft ixracının qarşısını almaq olub. İndi bizim niyyətimiz onları daha çox sıxışdırmaqdır. İngilislərin atalar sözündə deyildiyi kimi, ciyiltiləri çıxanadək sıxışdırmaq”, - C.Bolton qeyd edib.

Qeyd edək ki, noyabrın 5-dən ABŞ hökuməti İranın neft ixracına qarşı yönələn əlavə sanksiyalar tətbiq edərək bütün ölkələri İran neftinin idxalını dayandırmağa çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR