“Azərbaycanda əməkhaqları çox aşağıdır, bank faizləri isə...” - Komitə sədrindən SƏRT ÇIXIŞ

img

13-11-2018 [12:40]


"Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzrgün aparılmır.

"Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Z.Səmədzadə daha sonra deyib ki, Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir. Komitə sədri bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir. 

"Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır”.

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR