"Azərişıq"ın əməkdaşları süründürməçiliklə məndən 1800 manat almaq istəyirlər..." - Sabiq deputatdan sərt ittiham

img

12-11-2018 [17:34]


"Mən deyəndə ki, "ASAN xidmət" asan pul yığmaq yeridir, inanan az idi. Deməli, öz ərazimizdə, öz balansımızda olan elektrik transformatorundan özümüzə oğurlanmış iki dənə iki fazalı sayğacın əvəzinə 1 dənə 3 fazalı sayğaçın qoyulması və əvvəlki mülkiyyətçidən öz adımıza keçirilməsi ilə bağlı ASAN kommunala müraciət etmişik. Ancaq bir aydır ki, süründürülürük, ona görə ki, "texniki şərt" adı altında Baba Rzayevin adamları 1800 manat almaq istəyirlər".

Mia.az bildirir ki, bu sözləri sabiq deputat, iş adamı Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb. 

Sabiq deputat bildirib ki, "ASAN xidmət"in saytında addan ada keçirmək pulsuzdur və dərhal həll olunur: 


"Bundan əlavə olaraq, bizim transformatordan ətrafdakı qanunsuz tikililər olan 10-larla evə, kiçik obyektlərə elektrik verirlər, sayğac qoyublar, texniki şərt adı altında pul, rüşvət alıblar. Heçmi vicdanınız yoxdur, ay gözü doymayan "elektrik şəbəkəçilər, dəllallar"? Hələ bizdən də pul almaq istəyirsiniz...".

Sonda sabiq deputat deyib ki, problemlə bağlı məhkəməyə müraciət edəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR