Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu açıqlandı

img

12-11-2018 [12:58]


Bakıda və Abşeron yarımadasında noyabrın 13-ü gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir  güclənəcək.  Havanın temperaturu  12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 12-16, dağlarda 3-6 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək. Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR