Lənkəranda leysan yağışlar fəsadlar törədib, 3 ailə təxliyə olunub - VİDEO

img

12-11-2018 [12:10]


Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağışlar fəsadlar törədib. 

Mia.az "Report"a istinadən xəbər verir ki, təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkib. 

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib. 

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyə edilib. 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, rayon ərazisində iki süni gölün daşma təhlükəsi var. 

Qeyd edək ki, Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR