Şriftin ölçüsü / 250 dəfə oxunub

Polis Nardaranda əməliyyatı keçirdi - Saxlanılan var

09 Noyabr 2018 [14:41]
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb:

"Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən "Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb".

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR