ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer İcra Hakimiyyəti pambıqla bağlı yerli məmurlara plan qoyub - Ekspert maraqlı məqamlar açıqladı - mia.az
Şriftin ölçüsü / 346 dəfə oxunub

İcra Hakimiyyəti pambıqla bağlı yerli məmurlara plan qoyub - Ekspert maraqlı məqamlar açıqladı

08 Noyabr 2018 [23:08]

"Pambıq yığımı artıq sona yaxınlaşır. Pambıqçılıq rayonlarından gələn xəbərlər vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Zorla pambıq əkdirilən icra nümayəndələri, bələdiyyələr və büdcə təşkilatlarının nümayəndələri boyunlarına qoyulmuş planı ödəmək üçün hər cür yola əl atırlar".

Mia.az xəbər verir ki, bu fikirlərini iqtisadçı alim Qubad İbadoğlu irəli sürüb. 

"Sabirabad rayonundan gələn xəbərlərə görə, pambıq əkməyə məcbur edilmiş büdcə təşkilatlarının (səhiyyə, təhsil, mədəniyyət və sair) rəhbərlərindən bəziləri fermerlərdən baha qiymətə pambıq almağa başlayıblar. Səbəb onların icra hakmiyyəti orqanlarının tələbi ilə məcburən pambıq əkdirdikləri tarlalarda məhsuldaqlığın aşağı olmasıdır. Pambıq əkilməsi və becərilməsi ilə bağlı heç bir bilik və bacarığa malik olmayan rəhbər işçilərə plan qoyulduğundan onlar pambığı daha baha qiymətə (birinci növ pambığn alış qiyməti olan 65 qəpik üstəgəl 10 qəpik subsidiyadan, yəni 75 qəpikdəın daha yüksək qiymətə) alıb qəbul məntəqələrinə təhvil verməyə məcburdurlar. Əks halda onları ən yaxşı halda işdən azad olunma, ən pis halda isə rəhbərlik etdikləri idarənin yoxlanılması gözləyir".

Ekspert bildirib ki, bütün riskləri gözə alan rəhbərlər yeganə çıxış yolunu fermerlərdən pambıq alıb qəbul məntəqələrinə təhvil verməkdə görürlər. Onun sözlərinə görə, fermerlər də bu məsələyə isti yanaşırlar, çünki daha çox qazanc əldə edirlər:

"Pambıq yığımı dövründə ən çox rast gəlinən əmək hüquqlarının pozulması halı büdcə təşkilatlarının nümayəndələrinin növbəli şəkildə yığıma cəb olunmasıdır. Hacıqabuldan, Saatlıdan, İmişlidən, Sabirabaddan, Beyləqandan verilən xəbərlərdə xüsusi mərkəzləşdirilmiş kitabxana işçilərinin, bağça tərbiyəçilərinin, təhsil və səhiyyə müəssisələrinin texniki işçilərinin məcburən pambıq yığmağa aparılması artıq adi hal alıb. Əhali pambıq yığmağa heç bir şəraiti olmayan yük maşınlarında aparılır. Beyləqanda əhalidən pambıq yığmaqdan imtina edib. Səbəb yığılan pambığn hər kiloqramına 13, ən yaxşı halda 15 qəpik ödənilməsidir. Əhali şəkər çuğunduru yığmağa üstünlük verir. Şəkər çiuğunduru yığanlar xüsusi texnikanın qazıb, torpağın üzərinə çıxardığı çuğundurları yerdən toplayıb traktorun qoşqusuna atırlar və günəmuzd olaraq 10 manat qazanırlar".

Q.İbadoğlu əlavə edib ki, aztəmantlı əhali bu işin pambıq yığmaqdan daha sərfəli olduğunu düşünərək çuğundur toplamağa gedir:

"Füzuli rayonunda ipəkçiliyə (barama istehsalı) üstünlük verilsə də, Rayon İcra Hakimiyyəti pambıqla bağlı yerli icra nümayəndələrinə, fermerlərə və büdcə təşkilatlarının rəhbərlərinə plan qoyub. Bu il Haramı düzündə və köhnə Fin şəhərciyinin ərazisində belə pambıq əkdirən icra strukturları növbəti ildən ipəkçiliyin xeyrinə müəyyən yumşalmaya gedib. Məsələn, Bala Bəhmənli kəndinə ötən illə müqayisədə təxminən 3 dəfə daha az plan qoyulub: 100 ha. Əhmədbəyli kəndinə isə 200 ha sahədə pambıq əkmək tapşırılıb. Kənd üzrə icra nümayəndəsi qoyulan planı fermerlər, məktəb direktoru və bələdiyyə arasında bölüşdürüb.Füzuli rayonunda müəllimlər öz pay torpaqlarında pambıq əkilməyə məcbur edilmir, əvəzində hər məktəb direktoru 5 ha sahədə pambıq əkmək öhdəliyi götürüb".

Mia.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR