ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Xan Şuşinskinin oğluna yüksək vəzifə verildi - "Qaçqınkom"da yeni təyinat - mia.az
Şriftin ölçüsü / 411 dəfə oxunub

Xan Şuşinskinin oğluna yüksək vəzifə verildi - "Qaçqınkom"da yeni təyinat

08 Noyabr 2018 [16:35]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni təyinat olub.

Məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.

Belə ki, Aslan Cavanşirov 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var.

Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb/Modern.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR