"Torpaqlarımızın işğaldan azad edilməsi üçün təcili müharibəyə başlamalıyıq" - Partiya sədrindən tələb

img

08-11-2018 [15:06]


"Əlbəttə ki, Dilqəm Əsgərovla, Şahbaz Quliyev bizim vətəndaşlarımızıdır və onları öz ata-baba torpaqlarında ermənilərin girov götürməsi işğalçının bizə meydan oxuması deməkdir”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bildirib ki, biz gözləməli deyilik, torpaqlarımızı işğaldan azad edib, əsirlərimizi də Azərbaycana qaytarmalıyıq:

"Azərbyacanın güclü ordusu var və bu güclü ordu ilə çox işlər görmək olar. Təəssüf ki, içimizdə olan insanlar və beynəlxalq təşkilatlar imkan vermirlər ki, biz öz gücümüzü göstərək. Əlbəttə ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev bizim vətəndaşlarımızıdır və onları öz ata-baba torpaqlarında ermənilərin girov götürməsi bizə meydan oxumaları deməkdir. Biz həmin anda gərək müharibəyə başlayıb oraları yerlə yeksan edərdik, çünki torpaq bizimdir. Biz hələ ki, susuruq və bu susmağımızdan da ermənilər istifadə edib işlər görürlər. Mən çox az inanıram ki, əsirləri dəyişməyə Ermənistan razı olsun. Ermənilər terrorçudur və görürsünüz ki, bu gün dünyada terrorçulara qarşı ciddi mübarizə aparırlar. Biz də erməni kimi terrorçuları məhv etməliyik. Onlar bizim torpaqlarda məktəb tikirlər. Vaxtın uzanması ermənilərin bizim torpaqlarda "at oynatması” deməkdir.

Bizim o torpaqlarda Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi qəhrəman oğlanlarımız zindanda yatır. Biz onları azad etmək üçün hərbi gücümüzdən istifadə etməliyik. Danışıqlar nəticə vermədi, bunu bildik. Allaha Şükür, xarici işlər nazirimiz də Azərbaycan dilini bilmir. Bu iyirmi beş ildə nəyə nail olmuşuq? Ona görə də torpaqlarımızın işğaldan azad edilməsi üçün təcili müharibəyə başlamalıyıq. Nikol Paşinyan çıxışında bildirdi ki, "Biz torpaqları sülh yoluyla almamışıq ki, sülh yoluyla da qaytaraq”. Paşinyanın Azərbaycana qarşı həyasız davranışları artıq bizə dərs olmalıdır. Onlar torpaqlarımızda tikinti aparırsa, deməli arxalarında adamları var və düşünürlər ki, torpaqları geri qaytarmayacaqlar. Biz Dağlıq Qarabağı işğaldan azad edib, Dilqəmlə Şahbazı da qəhrəman kimi gətirib və birini də Kəlbəcərə icra başçısı qoymalıyıq. Bir hadisə olan kimi bütün beynəlxalq təşkilatlar üstümüzə qalxır, amma iki vətəndaşımızın ermənilərə əsir düşməsinə dillənən yoxdur. Bunun özü də ögey münasibətdir və bizim də buna məsul olan vəzifəli şəxslərin öz vətəndaşına etinasız yanaşmasıdır”.

Qeyd edək ki, noyabr ayının sonuna Azərbaycan və Ermənistan arasında girovların dəyişdirilməsi prosesi baş tuta bilər. Bununla bağlı Gürcüstanda yekun qərar veriləcək. Azərbaycanın erməni tərəfində Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə adlı üç mülki şəxsi girov saxlanlır. Ermənistanın isə Arsen Baqdasaryan, Varen Karapetyan və Karen Kazaryan adlı üç diversantı Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR