"Trampla Vladimir Putin arasında görüş barədə razılıq var" - Lavrov

08-11-2018 [14:36]

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüş barədə razılıq var.

Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, görüşün olacağını həm Moskva, həm də Vaşinqton təsdiqləyib.

Qeyd olunur ki, görüş G-20 sammiti çərçivəsində nəzərdə tutulub.

Xatırladaq ki, G-20 sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq/Trend



SON XƏBƏRLƏR