İran vətəndaşı sərhəddə saxlanıldı - DSX-dan əməliyyat + FOTO

img

08-11-2018 [14:24]


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir.

Mia.az DSX-nə istinadən bildirir ki, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublika­sından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb: "Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib".

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR