Gələn il əhalinin gəlirləri, maaşlar artacaq - Nazir müavini açıqladı

img

08-11-2018 [11:37]


"2019-cu ilin büdcəsinə diqqət etdikdə demoqrafik vəziyyətə toxunmamaq mümkün deyil. Azərbaycanda demoqrafik göstəricilərimiz çox yüksəkdir. Əhalimiz cavandır. 15-64 yaş arasında olan əhalinin sayı 71 faiz, 71 yaşdan yuxarı olanların sayı isə təxminən 6.3 faiz təşkil edir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, Avropada 65 yaşdan yuxarı olanların sayı daha yüksəkdir. 
"Ölkəmizdə 65 yaşından yuxarı olan insanların arasında əmək qabiliyyətli olanların sayının çox olması bizim üçün mühüm sayılır. Əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı çox olduqda, o zaman pensiya sisteminin dayanıqlı daha yaxşı olar. Çünki sosial sığorta haqları bu insanlardan asılıdır. Əmək qabiliyyətli əhalinin 5 milyona çatacağı proqnozlaşdırılır”.

İ. İsayev qeyd edib ki, 2019-cu ildə əhalinin gəlirləri 9 faiz artacaq. "Növbəti ildə orta aylıq əmək haqqı 5,7 faiz artaraq 642 manata çatacaq”.
Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR