Bakıda bu yollarda sürət həddi endirildi - Sürücülərə xəbərdarlıq

img

08-11-2018 [10:04]


"Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib".

Mia.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR