Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb - Yeni Saziş üzrə müzakirə

img

07-11-2018 [22:40]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlara toxunublar.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdən də danışıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR