ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Trampdan demokratlara xəbərdarlıq: "Onda biz onlar barəsində məxfi məlumatların sızdırılması və..." - mia.az
Şriftin ölçüsü / 127 dəfə oxunub

Trampdan demokratlara xəbərdarlıq: "Onda biz onlar barəsində məxfi məlumatların sızdırılması və..."

07 Noyabr 2018 [20:30]
ABŞ Prezidenti Donald Tramp demokratların respublikaçılara qarşı Nümayəndələr Palatasında araşdırma aparmaq təkilifinə münasibət bildirib.

O, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Demokratlar vətəndaşların ödədiyi vergiləri xərcləyib, bizə qarşı Nümayəndələr Palatasında araşdırmalar aparacaqlarını güman edirlərsə, onda biz də onlar barəsində məxfi məlumatların sızdırılması və bir çox başqa məsələlərlə bağlı Senatda araşdırmalara başlamaq barədə düşünməli olacağıq. Görək kim qazanacaq!”, - D.Tramp qeyd edib.

Xatırladaq ki, ötən gün ABŞ-da keçirilən aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasındakı 435 konqresmenin hamısı, 39 ştat və ərazi valisi, ştat qanunverici məclislərinin 6073 üzvü, məktəb dairələrinin hakimləri və şura üzvləri seçilib. KİV-dəki proqnozlara görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında üstün olacaq, Respublikaçılar Partiyası isə Senatdakı üstünlüyünü daha da artıracaq/Report.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR