07-11-2018 [16:33]
Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri iştirak edib.
Müşavirədə çıxış edən Rafiq Bayramov nazirlikdə 2018-ci ildə aparılan islahatlar haqqında danışdı. Vurğuladı ki, həyata keçirilən islahatlar həm Bakıda, həm də regionlarda mədəniyyət sahəsinin daha da inkişafına yönəlib.
Nazir müavini qeyd etdi ki, ötən müddətdə görülən işlərlə yerində tanış olmaq üçün Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli bölgələrə ezam olunub: "Bu gün keçirdiyimiz müşavirənin də əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq istiqamətində atılan addımların müzakirəsidir. Təşkil olunan ezamiyyət hər hansı yoxlama xarakteri daşımırdı. Məqsəd regionlarda həyata keçirilən işlərlə yerində tanış olmaq, xüsusilə dövlət qulluqçularının iş qabiliyyətinin vəziyyətini öyrənmək idi. Son bir neçə ildə nazirlik sistemində həyata keçirilən dəyişikliklərdən sonra mədəniyyət sahəsinə diqqət daha da artırılıb. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdən ibarətdir”.
Rafiq Bayramov diqqətə çatdırıldı ki, ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi daha da genişləndirilir.
Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli qeyd etdi ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, regionların mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar davam etdirilir: "Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir. Ötən müddət ərzində bu istiqamətdə bir sıra addımlar atılıb”.
Vurğulandı ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi diqqət mərkəzində saxlanılır.
Sonda nazir müavini Rafiq Bayramov regionlarda mədəniyyət sahəsinin inkişafı, keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb