ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer "Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam” - Vaşadzedən yeni açıqlamalar - mia.az
Şriftin ölçüsü / 274 dəfə oxunub

"Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam” - Vaşadzedən yeni açıqlamalar

07 Noyabr 2018 [15:12]
 "Gürcüstan prezidenti seçiləcəyim təqdirdə, Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam”.

Bunu "Güc birlikdədir” siyasi blokunun prezidentliyə namizədi Qriqol Vaşadze "Deutsche Welle”yə müsahibəsində deyib.

Q.Vaşadze M.Saakaşvili ilə yanaşı, bütün siyasi məhbusları da əfv edəcəyəni bildirib: "Hüquqşünas kimi mən ədalətin bərqərar olunmasını istəyirəm və bu, belə də olacaq. Gürcüstanın üçüncü prezidenti Gürcüstanda yaşamaq hüququ əldə edəcək. Mixeil Saakaşvilinin bu hüquqdan istifadə edib-etməyəcəyi onun özündən asılı olacaq”.

Prezidentliyə namizəd Gürcüstanın hər bir dərrakəli vətəndaşı kimi ölkəni müasir dövlətə çevirdiyinə görə M.Saakaşviliyə minnətdar olduğunu qeyd edib: "Gürcüstanın hüquq-mühafizə orqanları və ya məhkəmə sisteminin Mixeil Saakaşviliyə sualları varsa, o, bunlara cavab verməlidir. Əgər Saakaşvili Gürcüstanda özünün siyasi gələcəyini qurmaq istəyirsə, o zaman qərarı gürcü xalqı qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və "Güc birlikdədir” siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək/Report. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR