Avropa Komissiyasının sədri vəzifəsinə yeni namizəd - Adı açıqlandı

img

07-11-2018 [15:01]


Hazırda Avropa Komissiyasının sədr müavini vəzifəsini tutan Niderlandın sabiq xarici işlər naziri Frans Timmermans bu təşkilatın sədrliyinə öz namizədliyini irəli sürmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Timmermans "Sosialist və Demokratların Mütərəqqi Alyansı” fraksiyasının iclasından əvvəl bəyan edib ki, 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Avropanı parçalamaq uğrunda çıxış edən siyasi qüvvələrin qarşısına "bizim avropalıları narahat edən məsələlərlə məşğul olduğumuzu göstərən” proqramla çıxmaq lazımdır.

Timmermans gündəlikdə duran aktual məsələlər sırasında iqlim dəyişikliklərini, texnoloji tərəqqini, sosial standartların səviyyəsinin düşməsini, həmçinin, onun sözlərinə görə, Avropanı parçalamaq istəyən ABŞ Prezidenti Donald Trampın yaratdığı təhlükəni göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR