Deputatların maaşı artılsın - Qüdrət Həsənquliyev

img

07-11-2018 [13:11]


"Milli Məclisin deputatlarının maaşı artılsın”.

Bunu deputat Qüdrət Həsənquliyev parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat qeyd edib ki, cənab Prezident 1 may 2017-ci il tarixdэ fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir.

"Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa, buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR