Nazirlikdən yağışlarla bağlı XƏBƏRDARLIQ

img

07-11-2018 [13:07]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.

Qurumdan Mia.az-a verilən məlumata görə, noyabrın 8-i gündüzdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.



Digər xəbərlər
SON XƏBƏRLƏR