Uşaq bağçaların Təhsil Nazirliyinə verilsin - Ombudsmandan təklif

img

07-11-2018 [12:51]


"Təklif edirəm ki,bağçalara nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var”.

Bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı deyib.

O bildirib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır.

"Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR