Ərdoğan ABŞ-a qarşı çıxdı, İrana dəstək verdi: "Biz imperializm dünyasında yaşamaq istəmirik"

img

06-11-2018 [15:50]


Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım hesab etmir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

"Sanksiyaların doğru olduğunu düşünmürük. Bu, dünyada balansı pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir. Biz imperializm dünyasında yaşamaq istəmirik", - o deyib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR