Gömrükdə brilyant əməliyyatı - VİDEO

img

06-11-2018 [11:57]


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər ƏliyevBeynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb: "Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb.Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105 qram təşkil edən brilyant qaşlar aşkar olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR