ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Professordan iş yerində 7 saat 12 dəqiqə oturmasını tələb etmək... - mia.az
Şriftin ölçüsü / 291 dəfə oxunub

Professordan iş yerində 7 saat 12 dəqiqə oturmasını tələb etmək...

Azərbaycan ali məktəblərinin dünyanın qabaqcıl ali məktəbləri səviyyəsinə qalxmamasının səbəblərini alimlərdə, professor-müəllim heyətində yox, onlara yaradılan şəraitdə axtarmaq lazımdır

04 Noyabr 2018 [22:02]
Teyyub Qənioğlu

***
Kütləvi informasiya vasitələrində yayılan xəbərlərə görə. ABŞ-ın "U.S. News and World Report” dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını dərc edib. Həmin universitetlər 13 kriteriya (aktivlik, elmi işlər, akademik dünyada universitetdən sitatların gətirilməsi, regional və beynəlxalq nüfuzu və s.) əsasında seçilib. Siyahının geniş olmasına rəğmən, təəssüf ki, orada heç bir Azərbaycan universiteti yer almayıb. Bəli, çox təəssüfləndirici, açığı-utanverici vəziyyətdir və bu vəziyyət illərdir davam edir! 

Bəs belə vəziyyətin yaranmasının və illərdir davam etməsinin səbəbi nədədir? Azərbaycan alimlərinin bilik, bacarıq, yaradıcılıq, tədris etmə qabiliyyəti yetərincə deyilmi, yoxsa bunun başqa səbəbləri vardır? 

Bunları araşdıran, Azərbaycan ali məktəbələrinin maddi-texniki-tədris vasitələri ilə təminatı səviyyəsini,  professor-müəllim heyyəti üçün yaradılan şəraiti, onların əmək haqqının səviyyəsini Harvard, Oksford, Kembric universtetləri ilə demirəm, heç olmasa Türkiyədə, İranda, Rusiyada yaradıln şəraitlə müqayisə edən olubmu? 

Bu gün Azərbaycan ali məktəblərinin mütləq əksəriyyətinin kitabxanalarında yeni, müasir ədəbiyyatı tapmaq müşkül məsələdir (onları almağa ali məktəblərin pulu yoxdur, yoxsa başqa səbəblər var?). 

Ali məktəblərin çoxunda 5,10, 15 və daha çox nəfərin oturduğu darısqal bir otaqda elmlə məşğul olmaq olarmı?! Elmi-pedoqoji yaradıcılıqla məşğul olmaq üçün kifayət qədər demirəm, heç olmasa adi şəraitin olmadığı ali məktəblərdə professor –müəllim heyətinin iş yerində 7 saat 12 dəqiqə oturmasını tələb etmək hansı məntiqə uyğundur?! Bu insanlar nə vaxt elmlə məşğul olmalıdırlar və harada? 

Bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın hər bir ali məktəbində kifayət qədər bilikli, təcrübəli alimlərimiz vardır və çox yaxşı haldır ki, onlar öz sahələrində çox dəyərli elmi əsərlər, dərsliklər, məqalələr yazırlar. Və yəqin Azərbaycan nadir ölkələrdən biridir ki, alimlər öz əsərlərini öz hesablarına nəşr etdirirlər. Hətta dərsliklər, metodiki tövsiyyələr, fənn proqramları müəlliflərin hesabına nəşr etdirilir! 

Bir şeyi unutmaq lazım deyil: nəyi isə tələb etməkdən öncə o tələbin yerinə yetirilməsi üçün şərait yaratmaq lazımdır! 

Yüzdə-yüz əminəm-əgər Azərbaycanın ali məktəblərində professor-müəllim heyəti üçün elmi, pedoqoji fəaliyyətlə məşğul olmaq üçün Harvard, Oksford, Kembric universtetlərində bu kateqoriyadan olan insanlara yaradılan şəraitin onda biri yaradılsaydı, onda bizim ali məktəblər onlardan geri qalmazdı! 

Ona görə də, Azərbaycan ali məktəblərinin dünyanın qabaqcıl ali məktəbləri səviyyəsinə qalxmamasının səbəblərini alimlərdə, professor-müəllim heyətində yox, onlara yaradılan şəraitdə axtarmaq lazımdır!

Mia.az



Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR