Rəsmi Ankara Ər-Riyadı yenə "dalan"a sıxdı: “Heç kim məsuliyyətdən qaça bilməz..."

img

01-11-2018 [15:50]


"Səudiyyə Ərəbistanının məsul şəxsləri Camal Xaşuqcinin öldürülməsi ilə bağlı cinayət işinin istintaqına dəstək vermir".

Bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

"Heç kim məsuliyyətdən qaça bilməz. Bu, bütün dünyaya məlum olan məsələdir. Bu cinayət ört-basdır edilə biləcək bir məsələ deyil. Bütün hadisələrin aydınlaşması üçün Səudiyyə Ərəbistanının məsul şəxslərinin əməkdaşlıq edəcəyini gözləyirik. Türkiyənin Baş Prokurorluğunun bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanına yazılı müraciət etməsinə baxmayaraq, heç bir cavab almayıb”, - deyə nazir vurğulayıb/Report.

Qeyd edək ki, C.Xaşuqci oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Əvvəlcədən tərtib olunan plana əsasən, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb və meyiti daha  sonra parçalara ayrılaraq yox edilib.  Ancaq hələ də onun meyiti və ya qalıqlarının hardaa olduğu açıqlanmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR