Nazirin müşavirləri müavin təyin edildi, Natiq Məmmədovsa vəzifədən çıxarıldı - ƏƏSMN-də dəyişikliklər

img

30-10-2018 [18:09]


Prezident İlham Əliyev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı sərəncamlar imzlalayıb.

Mia.az bildirir ki, ilk sərəncama əsasən Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev, həmçinin Anar Rəhim oğlu Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Vüsal Nəsirli ilə Anar Əliyev həmin nazirlikdə nazir müşaviri olublar. Anar Əliyev, eyni zamanda, aparat rəhbəri vəzifıəsini icra edirdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub