3 milyon 518 min 89 seçici qeydə alınıb - Gürücstanda seçki

img

22-10-2018 [19:54]


Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərinə tam hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb. Məlumatda bildirilir ki, Tbilisidə fəaliyyət göstərən 6 mətbəədə bülletenlərin çapına başlanılıb və ümumilikdə, 3 milyon 252 min 800 bülleten çap olunacaq. Bülletenlər Azərbaycan və erməni dillərində də çap ediləcək.

Ümumilikdə isə 3 milyon 518 min 89 seçici qeydə alınıb.

Prezidentlik kürsüsü uğrunda MSK-da 25 namizəd qeydə alınıb. Lakin onlardan ikisi öz namizədliyini digər bir namizədin xeyrinə geri götürüb. Buna baxmayaraq, həmin namizədlərin adları seçki bülletenlərində qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR