Prezident məşhur robotla görüşdü - FOTOLAR

img

22-10-2018 [17:11]


Bu gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

"ASAN Həyat” kompleksində dövlət başçısına dünyaca məşhur Robot Sophia təqdim olunub.

Qeyd edək ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.







Digər xəbərlər
SON XƏBƏRLƏR