Maşınların qeydiyyatı, texniki baxış xidmətləri haqda qərar - Hökumət bir neçə qanuna dəyişiklik

img

22-10-2018 [10:58]


Baş nazir Novroz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 39 nömrəli, "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 40 nömrəli, "Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnmənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli və "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarlarında dəyişikliklər edib.

Mia.az xəbər verir ki, imzalanan qərara görə, aşağıdakı dəyişikliklər olub:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə
663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620, № 6, maddə 1246, № 8, maddə 1628; 2018, № 5, maddə 1118; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 389 nömrəli qərarı) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.6-cı bəndinin birinci abzasının üçüncü cümləsi çıxarılsın.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə
663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011, № 5, maddə 455; 2012, № 5, maddə 487, № 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810; 2017, № 4, maddələr 620, 646; 2018, № 5, maddə 1119) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndin ikinci cümləsinə "nasaz olan” sözlərindən sonra "bu Əsasnamənin 1.4-cü bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş” sözləri əlavə edilsin;

2.2. 1.4-cü bənd üzrə:

2.2.1. birinci abzasdan sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.”;

2.8. aşağıdakı məzmunda 4.6-1-4.6-3-cü bəndlər əlavə edilsin:

"4.6-1. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı "Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Əsasnamənin 1.4-cü bəndinin 2-ci yarımbəndində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

4.6-2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib
olunduğu anda onu dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş” sisteminə
göndərir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir
nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

4.6-3. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış
talonu verilir.”;

2.9. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.7. Dövlət texniki baxışı həyata keçirən orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonların forması və hesabatı bu Əsasnamənin 1.1-ci bəndində
nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə
74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 816, № 5, maddə 955; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə texniki xidmət
göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə
1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, №
4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 sentyabr tarixli 392 nömrəli qərarı) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 3.5.3-cü yarımbəndindən "qanunla
müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməsi, habelə” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR