21-10-2018 [16:45]
Prezident İlham Əliyev bu gün Asiya İnkişaf Bankının 1 saylı əməliyyatlar üzrə vitse-prezidenti Vençay Janqı qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti açıqlama yayıb.
"Azərtac" xəbər verir ki, görüşdə dövlət başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirdi.
2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğuladı. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.
Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirdi və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Asiya İnkişaf Bankının vitse-prezidenti bildirdi ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdi. Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənib hazırlanmasının önəmini vurğuladı.
Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdi.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş etdi.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb