"Bakıbus"un daha bir avtobusu qəzaya düşdü - FOTO

img

21-10-2018 [12:57]


Bu gün saat 09:00 radələrində Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Mayakovski və Çernyayevski küçələrinin kəsişməsində Bakıbus MMC-yə məxsus olan və 2 saylı marşrut xətti üzrə hərəkət edən "İveco Urbanway" markalı avtobusla VAZ 21015 və "Mersedes Vito" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, VAZ 21 015 tamamilə yararsız vəziyyətə düşüb. Sərnişin avtobusu və "Mersedes Vito”ya da ciddi ziyan dəyib.

Hadisə nəticəsində avtobusdakı bütün sərnişinlər düşürülüb və Çerniyayevski küçəsində nəqliyyatın hərəkəti dayanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub