Balababa Rzayev öz kadrlarını "Azərenerji"yə toplayır - Yeni təyinatlar

img

20-10-2018 [20:03]


"Azərenerji” ASC-də iki yeni təyinat olub.

Mia.az "Report”a istinadən xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev "Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, "Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev "Azərenerji” prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər "Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis” fəxri adı verib.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından "Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Etibar Pirverdiyev vəzifəsindən çıxarılıb və "Azərişıq" ASC-nin sədri Balababa Rzayev "Azərenerji”nin prezidenti təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR