"Badamdarda kiçik tipli axmalar qeydə alınıb" - Qərargah

img

20-10-2018 [15:23]


Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Mia.az ETSN-ə istinadən bildirir ki, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:

"Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti və kiçik tipli axmalar qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib. Sürüşmənin sağ və sol hissəsindəki çatlarda dəyişiklik qeydə alınmayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR