“Azercell”dən yeni kampaniya: “iPhone Xs” və “iPhone Xs Max” ilə limitsiz internet hədiyyə!

img

20-10-2018 [14:12]


Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, onun keyfiyyətini artırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən, iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı "Azercell Telekom” oktyabrın 19-dan etibarən "iPhone Xs” və "iPhone Xs Max” smartfonları ilə bağlı sərfəli kampaniya ilə abunəçilərini sevindirir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, yeni kampaniyaya əsasən "Azercell Eksklüziv” mağazalarına və Fəvvarələr Meydanındakı "Azercell” Müştəri Xidmətləri Mərkəzinə müraciət edərək "iPhone Xs” və "iPhone Xs Max” smartfonlarını alan abunəçilər 6 aylıq pulsuz limitsiz internet qazanacaqlar. Kampaniya şərtləri haqqında daha ətraflı məlumatla "www.azercell.com” saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, "Azercell Eksklüziv” mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül prospekti, 5, Qara Qarayev prospekti, 3042, m. 52, Bəxtiyar Vahabzadə küçəsi, 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev prospekti, Mehdi Hüseyin küçəsi, 54), Mərdəkan (Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küçəsi, 40), Salyan şəhəri (Heydər Əliyev küçəsi, 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci Mikrorayon, Koroğlu və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küçəsi, 1), Bərdədə (İsmət Qayıbov küçəsi, 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küçəsi 265) və Ağcabədidə (Ü. Hacıbəyli prospekti, 68) abunəçilərin ixtiyarına verilib.

Məlumat üçün qeyd edək ki, "iPhone Xs” və "iPhone Xs Max” "iPhone”un ən yeni nəsil modelləridir. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni "iPhone” modellərinin ekranları 120 GHz tezlikdə çalışır və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyir.

Ən yeni "iPhone” modellərinin təqdimatı ilə bir arada sərfəli kampaniya ilə çıxış edən "Azercell” öz abunəçilərinə qabaqcıl telekommunikasiya məhsulları və multifunksional smartfonları daha yaxın etmək niyyətini davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR