MTRŞ bu şirkətin lisenziyasını LƏĞV ETDi

img

19-10-2018 [18:00]


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Mia.az-a daxil olan məlumata görə, iclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilib.

İclasda eyni zamanda "Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılıb, "Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 3 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində "Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib. İclasda həmçinin "Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR