Azərbaycan və Türkiyə prezidentləri “Star” zavodunun açılışında

img

19-10-2018 [16:58]


Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar. Dövlət başçılarına "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

"Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR