ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - Fərman - mia.az
Şriftin ölçüsü / 781 dəfə oxunub

MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - Fərman

18 Oktyabr 2018 [18:41]
Bu gün Prezident İlham Əliyev daha bir fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, "Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 494; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2304) aşağıdakı dəyişikliklər edilib:

1. Adına və 1-ci hissəsinə "fövqəladə” sözündən sonra "və ya hərbi” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı” üzrə:

2.1. adına "fövqəladə” sözündən sonra "və ya hərbi” sözləri əlavə edilsin;

2.2. 4-cü hissənin:

2.2.1. "Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununa "Azərbaycan Respublikasının” sözlərindən əvvəl "Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində” sözləri, "komendantı” sözündən sonra ", hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilsin;

2.2.2. "Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü” sütununa "fövqəladə” sözündən sonra "və ya hərbi” sözləri əlavə edilsin.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR