"Müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib" - Qərargahdan Badamdarla bağlı açıqlama

img

18-10-2018 [18:03]


Badamdarda sürüşmə ilə bağlı monitorinqlər davam edir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən bildirir ki,Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır:

"Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR