Trampdan Səudiyyəyə jest: "ABŞ-ın çox mühüm müttəfiqidir, bizdən milyardlarla dollarlıq silah alacaqlar"

img

18-10-2018 [10:07]


Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın çox mühüm müttəfiqidir.

Bu barədə o, "Fox Business" telekanalının efirində bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu ölkənin hakimiyyəti terrorçuluğa və İranla qarşıdurmada Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş qismində çıxış edir.

ABŞ rəhbəri həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-dan milyardlarla dollar silah almağa hazırdır. Bu da ölkədə çoxlu sayda iş yerlərinin yaradılmasına imkan verəcək/Report.

Xatırladaq ki, Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirildiyi iddia olunan jurnalist Camal Kaşıkçıdan sonra ABŞ-ın Ər-Riyada sanksiya tətbiq edəcəyi deyilirdi... 

Digər xəbərlər
SON XƏBƏRLƏR