"Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

img

18-10-2018 [09:45]


Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Mia.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən bildirir ki,  sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb: 

"Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR