Çavuşoğlu Pompeoya "Sanksiyalar axmaq hərəkət idi" dedi, "Tezliklə qərar verəcəyik" cavabını aldı

img

17-10-2018 [19:18]


Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo  həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdən sonra hər iki dövlətin rəsmiləri jurnalistlərə açıqlama verib.

Tərəflər rahib Bransonun həbsdən buraxılmasından sonra ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların götürülüb-götürülməyəcəyi barədə sualı da cavablandırıblar.

İlk olaraq Mövlud Çavuşoğlu deyib ki, Türkiyə tətbiq olunan sanksiyalar axmaq bir hərəkət olub: "Zatən, bu sanksiyalar axmaq hərəkət idi.  Artıq münasibətlərimizdə sanksiya və ya buna bənzər hərəkətlərin olmaması məsələsində həmfikirik. Sanksiyalarla münasibətləri qaydaya salmaq olmaz"

Pompeo isə rahib Bransonun azadlığıa buraxılmasından sonra sanksiyalarla bağlı tezliklə qərar verəcəklərini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR