Statusman feysbukçuları sevindirdi - Daha iki kitabı işıq üzü gördü

img

17-10-2018 [11:05]


Bu gün "Statusman” təxəllüslü Doktor Hümbət Quliyevin daha iki kitabı işıq üzü gördü. Hər iki kitab – "Kəpənək xoşbəxtliyi” və "Aforizmlər” kitabı "Qanun” nəşriyyatında çapa hazırlanmışdır. Qeyd edək ki, oxucular yazarın kitablarını əldə etmək üçün "Əli və Nino” kitab mağazaları şəbəkəsinə müraciət edə bilər.

Hər üç kitabın redaktoru Vüsal Hətəmov birlik.az saytına bildirdi ki, müəllifin "Statusman” adlı ilk kitabından fərqli olaraq bu kitablarda ixtisaslaşma getmişdir: "Qeyd edim ki, "Kəpənək xoşbəxtliyi” pritça, esse, hekayə və oçerklərdən, "Aforizmlər” kitabı isə sırf müdrik sözlərdən ibarətdir. Onu da deyim ki, hər iki kitab uzun müddətdir ki, sosial şəbəkədə "Statusman” təxəllüslü Doktor Hümbət Quliyevin statuslarını izləyən sosial şəbəkə istifadəçilərinin arzusu idi.”

Vüsal Hətəmov həmçinin bildirdi ki, kitab oxuculara pozitiv ruh aşılayır: "Müəllifin fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Kitabın ideya cəhətdən bir özəllliyi də var: Sosial şəbəkə istifadəçiləri tərəfindən böyük zövqlə oxunan yazıların print-kitab formatında ərsəyə gəlməsi digər yazar-"statusman”lara da stimul verəcək. Onu deyim ki, müəllifin dili həm çox sadə, eyni zamanda maraqlı ibarələrlə ifadə olunub. Yazılarda bol-bol həyat sevgisi, optimizm, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif yazılarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş yazılar isə kitaba xüsusi dəyər bəxş edir.”

Məlumat üçün qeyd edək ki, ixtisasca göz həkimi olan Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.

Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR