Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR

img

17-10-2018 [00:45]


Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar.
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.

Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin.

Əkizlər - həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni təkliflər səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar. Problemlərin həllində kreativ olun. Peşəkar bilik və bacarıqlarınızı artırın.
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək edin.

Xərçəng - tələsik addımlar atmayın, düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.
Pozitiv olun. Ruhdan düşməyin.
Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər.
Normal istirahət edin.

Qız - qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər yaranacaq. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın. Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.
Axşam saatları romantika vəd etmir.

Tərəzi - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.
Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın.
Səfər üçün pis gün deyil.

 

Əqrəb - enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.

Oxatan - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə diqqət ayırmağa çalışın.

Oğlaq - avantürizmə qapılmayın. Mənasız risklər uğur gətirməyəcək. Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda irəliləyişlər istəyirsinizsə, aktiv olun.
Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var. Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin. Astagəllik, süstlük yolverilməzdir.
Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.

Dolça - arxa planda qalsanız, vurnuxmayın, irəli atılmayın. Eqoizm zamanı deyil. Ambisioz davranış planları alt-üst edə bilər. Fikir, mövqe və məsləhətləri nəzərə alın.
Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını aydınlaşdırın. Yardım etmək istədiyiniz insanın qeyri-adekvat davranışı sizi sinirləndirməsin.
Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə bilərsiniz.

Balıqlar - mövcud situasiyaya alışmağa çalışın. İş şəraiti o qədər də pis deyil. Yeni tapşırıq, layihə və ya sifarişlə bağlı razılıq verməzdən əvvəl detallarla tanış olun. Yaxın ətrafınızdakı insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin. Rəqibləri geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal insanlardan uzaq durun.
Axşam saatlarında ailəvi istirahəti seçin.

Milli.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq