Dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olub? - Nazirlik açıqladı

img

16-10-2018 [20:37]


2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 mln. manat, xərcləri 15666,0 mln. manat olmuş, 423,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15887,5 mln. manat proqnoza qarşı 16089,7 mln. manat və ya 1,3 faiz çox icra olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4044,6 mln. manat və ya 33,6 faiz çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5305,7 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 manat və ya 1,5 faiz çoxdur.

Həmin vəsaitin 65,8 faizi və ya 3491,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 108,3 faiz əməl edərək dövlət büdcəsinə 2600,4 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648,8 mln. manat və ya 33,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 321,5 mln. manat təşkil etmişdir ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,8 mln. manat və 30,3 faiz çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 74,1 mln. manat vəsait daxil olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7788,0 mln. manat vəsait transfert edilmişdir.

2018-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 6274,4 mln. manat vəsait daxil olmuşdur.

Xərclər

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,0 faiz və ya 15666,0 mln. manat icra olunmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2882,3 mln. manat və ya 22,5 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 34,5 faizi və ya 5410,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 545,1 mln. manat və ya 11,2 faiz çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 7708,8 mln. manatı və ya 49,2 faizi cari xərclərə, 6235,4 mln. manatı və ya 39,8 faizi əsaslı xərclərə, 1721,8 mln. manatı və ya 11,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 686,2 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2799,5 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 80,0 mln. manat vəsait yönəldilmişdir.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6141,7 mln. manat icra olunmuşdur.

İcmal büdcə

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23859,6 mln. manat, icmal büdcənin xərcləri isə 17979,9 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 5879,7 mln. manat təşkil etmişdir.




Digər xəbərlər
SON XƏBƏRLƏR